×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Mixail Malkinə ənənəvi “AGF Trophy” kuboku təqdim edilib

Bakı, 17 fevral, AZƏRTAC
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarında ən yüksək icra xalını toplamış idmançılara ənənəvi “AGF Trophy” kuboku təqdim edilib.
AZƏRTAC xəbər verir ki, kubok Azərbaycan gimnastı Mixail Malkin, Çin təmsilçiləri Qianqi Lin və Siao Tuya verilib.
Qeyd edək ki, M.Malkin Dünya Kubokunun tamblinq yarışlarında gümüş medal qazanıb. Çin təmsilçiləri isə mükafatçılar sırasında yer ala bilməyiblər.

İdman 2019-02-17 15:56:00