×
A
A
A
Sazlamalar

Aleksandr Antipovun xatirəsinə həsr olunan XI beynəlxalq memoriala yekun vurulub

Bakı, 17 fevral, AZƏRTAC
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XI beynəlxalq memoriala yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə yakut tullanmaları növündə idmançılar mübarizə aparıblar. Yakut tullanmalarının “kıllı”, “istanqa”, “kuobax” növlərində qadınlar arasında azərbaycanlı atlet Zralova Sabrina birinci yeri tutub.
Oğlanlar arasında “kıllı”, “kuobax” növündə Çingiz İsrafilov, istanqa növündə isə Micil İllarionov birinciliyi qazanıblar. Kişilər arasında isə Yakov Dimitriyev hər üç növdə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, çempionatda Azərbaycan, Rusiya Federasiyasının Saxa Respublikası və Gürcüstandan idmançılar iştirak ediblər.

İdman 2019-02-17 06:53:00