×
A
A
A
Sazlamalar

“iPhone” telefonlarında başqa cihazlara qulaq asmağa imkan verən “baq” aşkar olunub

Bakı, 29 yanvar, AZƏRTAC

“iPhone” telefonlarında başqa cihazlara qulaq asmağa imkan verən “baq” (proqram səhvi) aşkar olunub. Bu məlumat “9to5Mac” texnologiya portalında yer alıb.
AZƏRTAC portala istinadla xəbər verir ki, ən populyar smartfonun istifadəçiləri bu səhvi necə aşkar etdiklərini açıqlayıblar. Belə ki, “FaceTime” qrup zəngləri funksiyasını işə saldıqda və hər hansı bir abonentə zəng etdikdə, qarşı tərəfin telefonu açmadığı təqdirdə də onun nə danışdığını eşitmək olur.
“The Verge” portalının xəbərinə görə, hətta zəng etdiyiniz insan təsadüfən telefonun hər hansı bir düyməsinə toxunsa belə, ön kamera vasitəsilə onun görüntüsünü də qeydə almaq mümkündür.
“Apple” şirkətinin nümayəndələri bildiriblər ki, bu proqram səhvindən xəbərdardırlar və müvəqqəti olaraq qrup zəngləri funksiyasını dayandırıblar. “iOS” sistemi üzrə növbəti yeniləmə vasitəsilə problem aradan qaldırılacaq.

Texnologiya 2019-01-29 16:57:00