×
A
A
A
Sazlamalar

Qırğızıstan KİV-ləri 20 Yanvar faciəsindən yazır

Bişkek, 22 yanvar, АZƏRTAC

Qırğızıstanın “Veçernıy Bişkek” qəzetində Qanlı Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş geniş məqalə verilib.
AZƏRTAC xəbər verir ki, məqalədə yanvarın 20-də sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıda törətdiyi cinayətdən bəhs edilir. Qeyd edilir ki, görünməmiş vəhşiliklər nəticəsində 147 insan qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə əsassız olaraq həbs edilib.
Qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev faciənin ertəsi günü Moskvadakı daimi nümayəndəlikdə mətbuat konfransı keçirərək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, bu faciəni dünyaya çatdırdı.
Məqalədə belə cinayətlərin dünyanın heç bir yerində təkrarlanmaması üçün ictimaiyyəti hərtərəfli məlumatlandırmağın vacibliyi vurğulanır.
Qırğızıstanın “Eltr” telekanalında, “Kabar”, “For.kg” və digər agentliklərinin saytlarında da 20 Yanvar faciəsi, SSRİ rəhbərliyinin Azərbaycana qarşı bədnam siyasəti, günahsız insanların qətlə yetirilməsi haqqında materiallar verilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

20 yanvar 2019-01-22 13:01:00