×
A
A
A
Sazlamalar

Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Bakı, 20 yanvar, AZƏRTAC

Biz incəsənət gimnaziyasının müəllim və şagirdləri başda məktəbimizin rəhbərliyi olmaqla hər il 20 Yanvar ümumxalq hüzn gününü geniş formada silsilə tədbirlərlə qeyd edirik. Çünki 20 Yanvar Azərbaycan xalqı üçün faciəli, eyni zamanda, şərəf və qəhrəmanlıq tarixidir. Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq. Çünki şəhidlər azadlıq mübarizəmizin zirvəsinə yüksəliblər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edən Respublika İncəsənət Gimnaziyasının müəllimi, Əməkdar müəllim Hicran Sadıqzadə deyib.
Həmin hadisələri ürəkağrısı ilə xatırlayan H.Sadıqzadə bildirib: “Faciə qurbanları şəhidlik zirvəsini fəth ediblər. Onlar azadlıq və müstəqillik uğrunda şəhid olub, adlarını tariximizin ölməzlik səhifəsinə yazdırıblar. Mən Vətənimiz, torpaqlarımız, xalqımızın azadlığı uğrunda canından keçmiş igid bacı və qardaşlarımıza Allahdan rəhmət diləyir, qəbirləri nurla dolsun deyirəm”.

20 yanvar 2019-01-20 14:31:00