×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunan azadlıq mübarizəsidir

Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunan azadlıq mübarizəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etməyə gələn Astara rayon sakini Amid Hacıyev deyib.
A.Hacıyev 20 Yanvar hadisələrini çox az xatırladığını, o zaman məktəbli olduğunu, lakin həmin vaxtlar uşaqdan böyüyə hər kəsin birlik nümayiş etdirdiyini unutmadığını deyib. Qeyd edib ki, xalqımızın azadlıq uğrunda mübarizəsinin sarsılmaz olduğunu Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımız bir daha sübut ediblər: “Fəxr edirəm ki, mənim ailəmdə də Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov kimi qəhrəman olub. Şəhidlərimizin ruhunu yad etmək hər birimizin borcudur”.

20 yanvar 2019-01-20 14:18:00