×
A
A
A
Sazlamalar

O şənbə gecəsi, o qətl günü...

Bakı, 20 yanvar, AZƏRTAC
Hər xalqın tarixində silinməz iz buraxan, daim qürurla anılan səhifələr olur. 20 Yanvar faciəsi də tariximizin ən qürurverici, eyni zamanda, hüznlü səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə silahlı sovet ordusu mülki əhaliyə qarşı qətliam törətdi. Hadisənin səhəri günü dostumla indiki 20 Yanvar metro stansiyası tərəfə getdik. Orada çox dəhşətli mənzərə ilə qarşılaşdıq. Tanklar altında qalan, hissələrə ayrılmış cəsədlər də var idi. Əsgərlərə törədilmiş vəhşiliyə görə iradımızı bildirəndə başımızın üzərindən atəş açdılar və irəli gedərsək güllələyəcəkləri barədə xəbərdarlıq etdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Hesablama Palatasının məsul işçisi Şahin Maqsudov deyib.
O, bu qəhrəmanlıq salnaməsinin əsrlər keçdikcə unudulmayacağını, şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.
Ş.Maqsudov şəhidlərə Allahdan rəhmət diləyib.

20 yanvar 2019-01-20 12:42:00