Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəhidlərin xatirəsi əbədiyaşardır

Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvara həsr olunmuş tədbir keçirilib, şəhidlərin xatirəsi anılıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən bəhs edib.
Rektor 20 Yanvar hadisələri ilə əlaqədar ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bəyanatla çıxış etdiyini və günahsız insanlara qarşı törədilən bu amansız qətliama qarşı kəskin etirazını bildirdiyini, cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini vurğulayıb.
M.Babanlı qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq yolunda mübarizliyini, fədakarlığını bir daha nümayiş etdirdi.
Professor Camal Mustafayev, dosent Yaşar Əhmədov ölkəmizin müstəqilliyi naminə canlarını qurban vermiş şəhidlərin xatirəsinin qəlblərdə yaşayacağını bildiriblər.

Elm və təhsil 2019-01-19 19:36:00