×
A
A
A
Sazlamalar

Ötən il 103 tona yaxın siyənək balığının ovuna kvotalar ayrılıb

Bakı, 19 yanvar, AZƏRTAC 

Ötən il Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 hüquqi və 181 fiziki şəxsə balıq və digər su bioresurslarından sənaye məqsədləri üçün istifadə etmək hüququ verib. Buna görə də 1087 ton kilkə, 102,8 ton siyənək və 517,3 ton axçalı balıqların ovuna kvotalar ayrılıb.
Bu barədə AZƏRTAC-a nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.
Sektor müdiri qeyd edib ki, nərə balıqlarının sənaye məqsədilə ovu qadağandır. Hazırda nərəcinsli balıqların yalnız elmi-tədqiqat və bərpa məqsədilə ovlanmasına icazə verilir.

Ekologiya 2019-01-19 11:57:00