Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Şirvan rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 18 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şirvan rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul yanvarın 28-də saat 10:00-da Şirvan şəhərindəki Gənclər Evində (ünvan: Naxçıvan küçəsi, 1B) keçiriləcək.
Qəbulda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19) müraciət etmələri (əlaqə tel.: (021)215-15-23) xahiş olunur.
Bundan əlavə, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon təhsil şöbələrində yanvarın 21-dən 25-dək saat 10:00-dan 17:00-a qədər qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır