×
A
A
A
Sazlamalar

Akademik Akif Əlizadə: Bu il martın 27-si Azərbaycanda ilk dəfə elm bayramı kimi qeyd olunacaq

Bakı, 17 yanvar, AZƏRTAC
Hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.
A.Əlizadə bildirib ki, AMEA tərəfindən irəli sürülən bu təklif ölkə rəhbərliyi tərəfindən də dəstəklənib. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün böyük əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, martın 27-si ölkəmizdə ilk dəfə elm bayramı kimi qeyd olunacaq və bununla bağlı hazırda AMEA tərəfindən ciddi hazırlıqlar aparılır.

Elm və təhsil 2019-01-17 15:47:00