×
A
A
A
Sazlamalar

Muzeyə numizmatik materiallar hədiyyə edilib

Bakı, 17 yanvar, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə numizmatik əşyalar hədiyyə edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, hədiyyə olunan 142 əşyadan 36-sı sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrlərə, kağız pul və bonlar isə XX əsrə aiddir. Bunların hamısı muzeyin Numizmatika fondunun kolleksiyasının zənginləşdirilməsində, eləcə də tədqiqat aparmaq baxımından tarixi əhəmiyyətə malikdir.

Elm və təhsil 2019-01-17 12:56:00