×
A
A
A
Sazlamalar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxslərinə yubiley medalı təqdim edilib

Bakı, 16 yanvar, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri və struktur rəhbərlərinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
ASCO-nun mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Rauf Vəliyev ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycan dənizçilərinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulayan R.Vəliyev bildirib ki, hər il əməyində fərqlənən dənizçilər müxtəlif ali mükafatlara layiq görülürlər. 160 illik yubiley ərəfəsində gəmiçilik sahəsində fəaliyyətə görə iki yeni medalın təsis edilməsi də bu sahədə çalışanlara diqqətin əyani sübutudur.
Medala layiq görülənlər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildiriblər.

 

Nəqliyyat 2019-01-16 19:46:00