×
A
A
A
Sazlamalar

Dövlət İmtahan Mərkəzi: seminarlar və hazırlıq kursları növbəti həftəyədək təxirə salınır

Bakı, 16 yanvar, AZƏRTAC 

Respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar olaraq 2019-cu ilin yanvarın 17-si və 18-də Dövlət İmtahan Mərkəzində (DİM) keçirilməsi nəzərdə tutulan elmi-metodik seminarlar və hazırlıq kurslarının işi növbəti həftəyədək təxirə salınır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Elm və təhsil 2019-01-16 18:50:00