×
A
A
A
Sazlamalar

Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

Bakı, 16 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu 1 vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, vakant yer institutun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri vəzifəsidir. Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Elm və təhsil 2019-01-16 17:58:00