×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələrə yekun vurulub

Bakı, 16 yanvar, AZƏRTAC 

Ötən il noyabrın 1-də verilmiş elan üzrə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələr başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini və nazirliyin aparatında şöbə müdiri vəzifələri olub.
Müsahibələrdə iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydiyyatdan keçmiş 119 namizəddən 38-i vəzifəyə uyğun bilindiyi halda, 65 namizəd lazımi keçid balını toplaya bilməyib, 6 namizəd müsahibədə iştirak etməyib, 10 namizəd isə müsahibədə iştirakdan imtina edib. Maliyyə Nazirliyi üzrə qeydiyyatdan keçmiş 2 namizəd müsahibədə uğur qazanmayıb.
Ümumilikdə müsahibəyə çıxarılmış 93 vakant vəzifənin 1-i 3-cü təsnifata, 4-ü 4-cü təsnifata, 20-si 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 21-i 7-ci təsnifata aid olmaqla, 1-i AA, 15-i AB, 61-i AC, 9-u BA, 7-si isə BB vəzifə qrupuna aiddir.
Müvəffəqiyyət göstəricisi əsasən qadınlarda 25-30, kişilərdə isə 30-40 yaş aralığında müşahidə edilib.

Elm və təhsil 2019-01-16 11:10:00