×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılacaq

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 16-da Bakı İdman Sarayının futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, 1/16 finalda “Green Log”, “Advokat”, “Borçalı”, ADBTİA, “Baku Fire”, “Dalğa”, “Təbriz”, “Mübariz”, “Hövsan”, “Avanqard”, “Gənclik”, “Gilan Construction”, “Xəzər Astara”, “Füzuli”, “Bibi-Heybət”, “Rəvan”, “Obolon” və “Standard” komandaları mübarizə aparacaqlar.
Bu mərhələnin oyunları yanvarın 25-də və 26-da keçiriləcək.

İdman 2019-01-15 17:39:00