×
A
A
A
Sazlamalar

YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində akkreditasiya və kalibrləmə işləri müzakirə olunub

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) iclas keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində akkreditasiya və kalibrləmə (metrologiya) işləri ilə əlaqədar həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Bildirilib ki, hazırda Mərkəzin sınaq laboratoriyasının auditi, əsasnaməsinin və akkreditasiya sahəsinin hazırlanması, habelə AZS İSO/İEC 17025-2009 standartının alınması istiqamətində işlər görülür.
YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov milli akkreditasiyanın əldə olunması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və işçi qrupunun yaradılması barədə tapşırıq verib. Bundan əlavə, akkreditasiya əldə edildikdən sonra laboratoriya barədə daxili və beynəlxalq bazarlarda təqdimatların keçirilməsinin, KİV-də təbliğinin vacibliyi vurğulanıb.

Elm və təhsil 2019-01-15 14:17:00