×
A
A
A
Sazlamalar

“Borussiya Dortmund” klubu Leonardo Balerdinin transferini başa çatdırıb

Bakı, 15 yanvar, AZƏRTAC

Almaniyanın “Borussiya Dortmund” futbol klubu Argentinanın “Boka Xuniors” komandasının müdafiəçisi Leonardo Balerdini transfer edib.
AZƏRTAC Dortmund təmsilçisinin saytına istinadla xəbər verir ki, 19 yaşlı müdafiəçi Almaniya çempionu ilə səkkizillik müqavilə imzalayıb. Müqavilənin təfərrüatları və futbolçunun məvacibi barədə mətbuata məlumat verilməyib.
Leonardo Balerdi peşəkar futbolçu karyerasına cari mövsümdə start verib və Argentina çempionatında beş oyunda meydana çıxıb.
Xatırladaq ki, “Barselona” da bu futbolçu ilə maraqlanırdı. Kataloniya klubu yaz aylarında müdafiəçi üçün 10 milyon avro təklif etməyi planlaşdırırdı.

 

İdman 2019-01-15 12:26:00