×
A
A
A
Sazlamalar

Orta məktəbi vaхtından əvvəl bitirmək istəyən şagirdlər imtahan veriblər

Bakı, 15 yanvar, AZƏRTAC
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat imtahanlarının ilk mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, bu qurumun tabeliyindəki 220 nömrəli məktəb-liseydə təşkil olunmuş imtahanda 10 şagird 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetirib.
Eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirəcək.
Qeyd edək ki, iki mərhələdən ibarət eksternat imtahanlarının müsahibə mərhələsi bu gün (15 yanvar 2019-cu il) keçiriləcək.

Elm və təhsil 2019-01-15 11:01:00