×
A
A
A
Sazlamalar

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Ötən il noyabrın 24-də təşkil edilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 2018-ci il noyabrın 24-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, K.Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına müraciət edə bilər. Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Elm və təhsil 2019-01-15 09:48:00