×
A
A
A
Sazlamalar

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

Bakı, 14 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, yanvarın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 122 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 57,5 kubmetr təşkil etməklə ongünlük normanın 86 faizinə bərabərdir.
Yanvarın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 3, Şirvanda 10, Salyanda 21, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 434, Şirvanda 313, Salyanda 275, Bankədə 245, Araz çayının Novruzlu məntəqəsində isə 158 santimetrə bərabərdir.

Ekologiya 2019-01-14 15:31:00