×
A
A
A
Sazlamalar

Sinoptiklərdən xəbərdarlıq: Yanvarın 15-16-da arabir güclənən cənub-qərb küləyi əsəcək

Bakı, 14 yanvar, AZƏRTAC 

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.
Azərbaycanın bəzi rayonlarında da yanvarın 15-16-da cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

 

Ekologiya 2019-01-14 14:36:00