×
A
A
A
Sazlamalar

Yeniyetmə və gənc karateçilərimiz Qran-Pridə səkkiz medal qazanıblar

Bakı, 14 yanvar, AZƏRTAC
Karate üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan millisi Xorvatiyanın Samobor şəhərində yanvarın 11-də start götürən 28-ci Qran-Pri turnirində medalların sayını səkkizə çatdırıblar.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yeniyetmələrdən sonra gənc karateçilərimiz komandanın aktivinə daha altı medal əlavə ediblər. 18-20 yaşlılarda Roman Heydərov (kata) qızıl, Murad Hacızadə (+84 kq) gümüş, Müseyib Məmmədov (60 kq), Emil Güləhmədov (+84 kq), eləcə də 16-18 yaşlı gənclər arasında Tural Yaqubov (68 kq) və Mədinə Sadıxova (48 kq) bürünc medal qazanıblar. Yarışların birinci günü isə yeniyetmə karateçilər Hüseyn Məmmədli (57 kq) qızıl, Fidan Dadaşova (47 kq) bürünc medala layiq görülüblər.
Beləliklə, iki yarış günündən sonra yeniyetmə və gənclərdən ibarət komandalarımız iki qızıl, bir gümüş və beş bürünc medal əldə ediblər.

İdman 2019-01-14 01:28:00