×
A
A
A
Sazlamalar

“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun görüşü heç-heçə bitib

Bakı, 13 yanvar, AZƏRTAC 

Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin ikinci turunun oyunları yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov arasında partiya heç-heçə başa çatıb.
Qeyd edək ki, nüfuzlu yarışın ilk turunda da şahmatçılarımızın nəticəsində bərabərlik qeydə alınmışdı. Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Samuel Şankland, Teymur Rəcəbov isə rusiyalı Vladimir Kramniklə heç-heçəyə razılaşmışdı.

İdman 2019-01-13 20:52:00