×
A
A
A
Sazlamalar

Qədir Hüseynov Paul Keres memorialının blits turnirinin qalibi olub

Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycanlı qrossmeyster Qədir Hüseynov Tallinn şəhərində keçirilən Paul Keres memorialında uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, 11 ölkədən 88 şahmatçının qatıldığı turnirdə Qədir Hüseynov keçirdiyi 9 oyundan 7 qələbə və 2 heç-heçə ilə blits turnirini birinci yerdə başa vurub. Memorial çərçivəsində keçirilən rapid yarışında 7 oyunda 6 xal yığan şahmatçımız üçüncü yeri tutub.

İdman 2019-01-13 13:03:00