×
A
A
A
Sazlamalar

“Yuventus” İtaliya kubokunun dörddəbir finalına yüksəlib

Bakı, 13 yanvar, AZƏRTAC
Səfərdə “Bolonya” komandasına qalib gələn Turinin “Yuventus” İtaliya kubokunun dörddəbir finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, şənbə günü Bolonyada keçirilən 1/8 final oyunu 2:0 hesabı ilə qonaqların xeyrinə qurtarıb. Qalib komandada Federiko Bernardeski (9-cu dəqiqə) və Moyze Ken (49-cu dəqiqə) fərqləniblər. “Yuventus” dörddəbir finalda “Atlanta”-“Kalyari” qarşılaşmasının qalibi ilə görüşəcək.
Hazırda İtaliya çempionatında 19 oyundan 53 xal toplayan “Yuventus” məğlubiyyətsizlik seriyasını davam etdirir. Kriştiano Ronaldonun komandası ən yaxın rəqibi “Napoli”ni 9 xal fərqi ilə qabaqlayır. “Bolonya” turnir cədvəlinin 18-ci, “Atlanta” 8-ci, “Kalyari” isə 13-cü pilləsində qərarlaşıb.

İdman 2019-01-13 03:15:00