Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb
Bakı, 12 yanvar, AZƏRTAC
"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb. Respublika birinciliyində fərqlənən yeniyetmələrə medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. Medalların əyarına görə komanda yarışının qalibləri də müəyyənləşib.
Ümumi hesabda daha yaxşı nəticə göstərən "Neftçi” İdman Klubu birinci yerə layiq görülüb. "Cüdo 2012" klubu ikinci, Balaxanı Olimpiya İdman Kompleksinin komandası isə üçüncü yeri tutub. Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində fərqlənənlər milli komandanın heyətinə cəlb olunacaqlar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir