×
A
A
A
Sazlamalar

“Azəryol” həndbol klubu Tbilisidən qələbə ilə dönür

Bakı, 11 yanvar, AZƏRTAC

Qadın həndbolçuların Azərbaycan çempionatında daha iki qarşılaşma keçirilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, Tbilisidə keçirilən oyunlarda yerli “Olimpiya” klubu və Bakının “Azəryol” komandası qarşılaşıblar.
Yanvarın 11-də keçirilən ikinci oyunda “Azəryol” 31:22 hesabı ilə qələbə qazanıb.
Bir gün əvvəl təşkil olunan görüş də Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 33:21.
Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatının 20 oyunundan 10-nu Bakıda keçirən Gürcüstanın “Olimpiya” komandasının digər görüşləri Tbilisidə təşkil olunur.
Sabah keçiriləcək “Qarabağ”–“Gənclərbirliyi”, “İdman Akademiyası”–“Azərsu” görüşləri ilə yarışın 10-cu turuna yekun vurulacaq.
Azərbaycan çempionatının üçüncü dövrəsinə isə yanvarın 24-də start veriləcək.

İdman 2019-01-11 18:36:00