×
A
A
A
Sazlamalar

Hirkan Milli Parkında daha bir bəbir qeydə alınıb

Bakı, 11 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə əlaqədar monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı fototələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.
Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri həmin heyvan növünün milli park ərazisində yaşadığını sübuta yetirir.

Ekologiya 2019-01-11 18:35:00