×
A
A
A
Sazlamalar

Serbiyalı Milan Obradoviç Azərbaycanın U-21 yığmasına baş məşqçi təyin olunub

Bakı, 11 yanvar, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, milli komandamız Milan Obradoviçə həvalə edilib.
UEFA-nın PRO lisenziyasına malik serbiyalı mütəxəssis 2017-ci ildən ölkəsinin əsas yığma komandasında köməkçi məşqçi vəzifəsində çalışır.

İdman 2019-01-11 17:03:00