×
A
A
A
Sazlamalar

“Avro-2019”: Yanvarın 23-də voleybolçularımızın rəqibləri müəyyənləşəcək

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 23-də İstanbulda qadın voleybolçulardan ibarət komandalar arasında Avropa çempionatının püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi püşkatma zamanı üçüncü səbətdə yer alacaq. Azərbaycan ilə yanaşı, Belarus, Ukrayna və Fransa yığmaları da bu səbətdə qərarlaşıblar.
Birinci səbətdə Serbiya, Hollandiya, İtaliya, Rusiya, ikinci səbətdə Almaniya, Belçika, Bolqarıstan, Xorvatiya, dördüncü səbətdə Rumıniya, Finlandiya, İspaniya, Sloveniya, beşinci səbətdə isə Portuqaliya, İsveçrə, Yunanıstan və Estoniya yığmaları yer alıblar.
Püşkün nəticəsinə görə, milli komandalar beş qrupda mübarizə aparacaqlar.
Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq.

 

İdman 2019-01-11 13:12:00