×
A
A
A
Sazlamalar

Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 14-dən 20-dək Bakıda 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Samir Əliyevin rəhbərlik etdiyi komanda toplanış müddətində 3 yoxlama oyunu keçirəcək. Yığma yanvarın 15-də Avropa çempionatının elit-raunduna hazırlaşan U-19-la, yanvarın 17-də və 20-də isə müvafiq olaraq “Baku City” və “Keşlə-2” komandaları ilə qarşılaşacaq.

İdman 2019-01-11 12:38:00