×
A
A
A
Sazlamalar

“Sivasspor” komandası “Lester Siti”nin hücumçusunu transfer edib

Bakı, 11 yanvar, AZƏRTAC

Türkiyənin “Sivasspor” futbol klubu “Lester Siti” komandasının hücumçusu Fusseni Diabateni heyətinə qatıb.
AZƏRTAC “Sivasspor”un saytına istinadla xəbər verir ki, 23 yaşlı afrikalı hücumçu cari mövsümün sonuna qədər icarə əsasında “Sivasspor”da forma geyəcək.
Cari mövsümdə F.Diabate “Lester Siti”nin heyətində dörd oyunda meydana çıxıb.

İdman 2019-01-11 11:33:00