×
A
A
A
Sazlamalar

Fuad Cəfərov memorialının “Open” turnirində altıncı turun oyunları yekunlaşıb

Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorial çərçivəsində keçirilən “Open” turnirində altıncı turun oyunları yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, 80 şahmatçının qatıldığı “Open” turnirində altı turdan sonra azərbaycanlı şahmatçı Loğman Quliyev (2322) 5,5 xalla liderdir. İkinci yeri tutan İran təmsilçisi Arya Omidinin (2354) də aktivində 5,5 xal var. Üçüncü yerə isə digər şahmatçımız Şahin Vəliyev (1695) 5 xalla sahib olub.
“Open” turnirinə sabah yekun vurulacaq.

İdman 2019-01-10 20:10:00