×
A
A
A
Sazlamalar

Güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçiriləcək

Bakı, 10 yanvar, AZƏRTAC 

Yanvarın 11-də Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə paytaxt çempionatı start götürəcək.
Güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova AZƏRTAC-a bildirib ki, turnirdə 10 metr məsafəyə atəşaçma yarışında 50-dək idmançı qüvvəsini sınayacaq.
Yarışlar iki gün davam edəcək.

İdman 2019-01-10 16:29:00