×
A
A
A
Sazlamalar

“Real Madrid”in qapıçısı Tibo Kurtua bir müddət meydana çıxa bilməyəcək

Bakı, 10 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” futbol klubunun belçikalı qapıçısı Tibo Kurtua sol çanaq əzələsinin zədələnməsinə görə bir müddət yaşıl meydana çıxa bilməyəcək.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı qolkiperin neçə gün meydandan uzaq qalacağı klubun tibb xidmətinin apardığı müayinənin cavablarından sonra məlum olacaq.
Tibo Kurtua ötən ilin yayında İngiltərənin “Çelsi” klubundan “Real Madrid”ə transfer edilib. O, cari mövsümdə Madrid təmsilçisinin heyətində 21 oyunda meydana çıxıb.

İdman 2019-01-10 13:45:00