×
A
A
A
Sazlamalar

Neymarın atası “Barselona”nın nümayəndələri ilə Braziliyada gizli görüş keçirib

Bakı 10 yanvar, AZƏRTAC

İspaniya mətbuatı Fransanın “Paris Sen-Jermen” klubunun ulduz futbolçusu Neymarın atası və agentinin “Barselona”nın nümayəndələri ilə Braziliyada gizli görüş keçirdiyini bildirib.
AZƏRTAC “Catalunya Radio”ya istinadla xəbər verir ki, görüşdə kataloniyalıların nümayəndəsi Andre Kari iştirak edib. 2018-ci ilin noyabrında da belə bir görüş təşkil olunub və tərəflər razılığa gələ bilməyiblər.
Qeyd edək ki, braziliyalı 2013-2017-ci illərdə “Barselona” klubunda çıxış edib. O, “Paris Sen-Jermen” klubuna futbol tarixində rekord məbləğə - 222 milyon avroya transfer olunub.

İdman 2019-01-10 13:19:00