×
A
A
A
Sazlamalar

Ufalıların əksəriyyəti Yeni il tətilini Azərbaycanda keçirib

Moskva, 10 yanvar, AZƏRTAC 

Başqırdıstanın paytaxtı Ufa şəhərinin əksər sakinləri Yeni il tətilində istirahət etmək üçün Moskva və Azərbaycanı seçiblər. Bu barədə dəmir yolu və aviabiletlərin satışı xidməti “OZON.travel” məlumat verib.
AZƏRTAC xəbər verir ki, Başqırdıstan paytaxtında ötən mövsümlə müqayisədə Azərbaycana səyahət etmək istəyənlərin sayı dörd dəfə artıb. Bu istiqamət xarici ölkələr arasında liderə çevrilib. Analitiklər bildirirlər ki, Azərbaycanla yanaşı, ufalılar bayram günlərini Moskva və Sankt-Peterburqda keçirməyə üstünlük veriblər.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Turizm 2019-01-10 11:20:00