×
A
A
A
Sazlamalar

Troya antik şəhərini ziyarət edən turistlərin sayı 500 mini keçib

Bakı, 9 yanvar, AZƏRTAC

Türkiyənin Çanaqqala rayonunda 5 min illik keçmişə malik Troya antik şəhərini ötən il 531 min 530 turist ziyarət edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu rəqəm son on ilin ən rekord göstəricisi olub.
1998-ci ildən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən bu tarixi abidəni 2008-ci ildən bəri ziyarət edənlərin sayı 300 mindən çox olub.
Ümumiyyətlə, ötən il qardaş ölkənin digər turistik məkanlarına ziyarət edənlərin sayı gözlənildiyindən çox olub.

 

Turizm 2019-01-09 11:27:00