×
A
A
A
Sazlamalar

Muzeydə növbəti “açıq dərs”

Bakı, 13 noyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun üzvləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq ixtisası üzrə IV kurs tələbələri üçün “açıq dərs” keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “açıq dərs”də Silahlar və bayraqlar fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova “Milli Azərbaycan Tarixi Muzeyində qorunan silahlar” mövzusunda mühazirə oxuyub.
Sonra tələbələrin sualları cavablandırılıb.

Elm və təhsil 2018-11-13 19:36:00