×
A
A
A
Sazlamalar

“Yuventus” 18 yaşlı futbolçunu transfer etmək üçün 80 milyon avro ödəməyə hazırdır

Bakı, 13 noyabr, AZƏRTAC
Dortmundun “Borussiya” klubunun yarımmüdafiəçisi Jadon Sanço “Yuventus”un maraq dairəsindədir.
AZƏRTAC “footballhd.ru” portalına istinadla xəbər verir ki, “Yuventus” yarımmüdafiəçini transfer etmək üçün 80 milyon avro ödəməyə hazırdır. On səkkiz yaşlı orta sahə oyunçusu isə “Mançester Siti”yə keçməklə maraqlanır.
Xatırladaq ki, bir müddət əvvəl ingiltərəli futbolçu 2022-ci ilədək “Borussiya” klubunda qalması ilə bağlı yeni müqavilə imzalayıb.

İdman 2018-11-13 17:17:00