×
A
A
A
Sazlamalar

“Azərbaycan və Çin iqtisadiyyatları: müqayisəli araşdırmalar” kitabı üç dildə çapdan çıxıb

Bakı, 13 noyabr, AZƏRTAC 

AMEA-nın İqtisadiyyat İnstitutu və Çin Sosial Elmlər Akademiyası (SEA) İqtisadiyyat İnstitutunun birgə tədqiqatları əsasında hazırlanmış “Azərbaycan və Çin iqtisadiyyatları: müqayisəli araşdırmalar” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitab AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib. Nəşrin redaktorları AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov və Çin SEA İqtisadiyyat İnstitutu Elmi Şurasının sədri, professor Pey Çanhundur.
Nəşr 2017-ci ilin sentyabr ayında Bakıda keçirilmiş “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” adlı beynəlxalq elmi-praktik konfransda təqdim olunmuş çıxış və məruzələr əsasında hazırlanıb.
Kitab Bakıda Azərbaycan dilində, ingilis və Çin dillərində isə Pekində nəşr olunub. Azərbaycan variantını çapa AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları, Çin variantını çinli mütəxəssislər, ingilis dilindəki variantı isə azərbaycanlı və çinli alimlər birgə hazırlayıblar.

Elm və təhsil 2018-11-13 13:23:00