×
A
A
A
Sazlamalar

Canni İnfantinonun 2022-ci ilin dünya çempionatı üçün planı açıqlanıb

Bakı, 8 noyabr, AZƏRTAC

FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatının 48 komandanın iştirakı ilə keçirilməsinə dair mövqeyini şərh edib. AZƏRTAC “The Times” nəşrinə istinadla xəbər verir ki, bu barədə fikirlərini FIFA-nın iqamətgahında jurnalistlərə açıqlayan C.İnfantinonun fikrincə, iştirakçıların sayının artmasına baxmayaraq, turnir 28 gün ərzində keçirilməlidir. O deyib: “Biz turnirin müddətini uzada bilmərik, çünki onda dünya çempionatının matçları paralel keçirilməlidir”.
Artıq 2026-cı ilin dünya çempionatına 48 komandanın cəlb olunması planı razılaşdırılıb, lakin İnfantino bu planı 2022-ci il üçün də reallaşdırmağa çalışır. Amma təqvimə, habelə bəzi matçların keçirilməsi üçün başqa ölkələrin cəlb olunmasına ehtiyac yarandığına görə onun buna nail olması şansı bir o qədər də yüksək deyildir.
Dünya çempionatının 48 iştirakçı ölkə formatı o deməkdir ki, oyunların sayı artaraq 80-nə çatacaq. Çempionatı 28 gün ərzində keçirmək üçün ayrı-ayrı günlərdə altı matçın keçirilməsi tələb olunur. Üstəlik, bir sıra pley-off oyunlarını da eyni vaxtda keçirmək lazım gələcək.
Qətərdə dünya çempionatı qızmar istilərə görə noyabr-dekabr aylarına keçirildiyinə görə FIFA Rusiyadakı dünya çempionatından fərqli olaraq bu turniri 4 gün qısaltmaq məcburiyyətində qalıb. Belə ki, həmin dövr Avropa liqaları üçün mövsümün ən qızğın çağıdır. Onlar güzəştə gedib öz noyabr təqvimindən FIFA-nın sərəncamına daha çox gün verməkdən israrla boyun qaçırırlar.
Şimali Amerikada ( Kanada və Meksika) keçiriləcək 2026-cı ilin futbol üzrə dünya çempionatında 34 gün ərzində 48 komanda iştirak edəcək. İnfantino bu iri formata dərhal keçmək istəyir, lakin 2022-ci il çempionatının genişləndirilməsi barədə qərar hələlik qəbul edilməyib. Buna baxmayaraq, İnfantino əmindir ki, iştirakçıların sayının artması bütövlükdə futbolun xeyrinədir.

 

İdman 2018-11-08 16:33:00