×
A
A
A
Sazlamalar

U-19 millimiz böyük hesablı qələbə qazanıb

Bakı, 8 noyabr, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, “Keşlə”nin U-17 komandası ilə qarşılaşan yığmamız 7:1 hesablı qələbə qazanıb.
Emil Qasımovun het-trik etdiyi oyunda digər qolları Xəqani Sadıqov, Turan Vəlizadə, Murad Mahmudov və Kamran Quliyev vurublar.

İdman 2018-11-08 13:05:00