Şəmkirdə keçirilmiş voleybol üzrə rayon birinciliyində 220-dən çox məktəbli gücünü sınayıb
Bakı, 8 noyabr, AZƏRTAC
Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, Şəmkir Olimpiya İdman Kompleksində voleybol üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Şəmkir rayon icra hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov, Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov, uşaq-gənclər idman məktəbinin direktoru Namiq Mahmudov, rayon təhsil şöbəsinin əməkdaşı Südabə Vəliyeva, Uşaq Gənclər İdman–Şahmat Məktəbinin direktoru Rasim Pənciyev çıxışlarında ölkəmizdə, o cümlədən Şəmkirdə həyata keçirilən dövlət gənclər və idman siyasətinin uğurlarından danışıblar. Bildirilib ki, müstəqillik dövründə aparılmış uğurlu işlərin nəticəsində artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır.
Yarışda rayonun 78 məktəbindən ümumilikdə 220-dən çox məktəbli gücünü sınayıb.
Qalib komanda zona mərhələsinə vəsiqə qazanıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir