×
A
A
A
Sazlamalar

Kilian Mbappe “PSJ”dən 55 milyon avro və şəxsi təyyarə tələb edib

Bakı, 7 noyabr, AZƏRTAC

“Pari Sen-Jermen”in (PSJ) və Fransa milli komandasının hücumçusu Kilian Mbappe klubu ilə yenidən müqavilə imzalamaq üçün bir sıra şərtlər irəli sürüb.
AZƏRTAC “Football leaks” portalına istinadla xəbər verir ki, hücumçu beşillik müqavilə üçün 55 milyon avro və şəxsi təyyarə ilə təmin olunmasını tələb edib. Onun digər istəyi isə “Qızıl top”a layiq görüləcəyi təqdirdə klubun ən yüksək məvacib alan futbolçusu olmaqdır.
Bu mövsüm Mbappe “Pari Sen-Jermen”in heyətində 11 matçda 13 qol vurub.

İdman 2018-11-07 20:16:00