NASA Əqrəb bürcündə “Pişik pəncəsi” dumanlığının fotosunu yayıb
Bakı, 27 oktyabr, AZƏRTAC
NASA Əqrəb bürcündə NGC 6334 dumanlığının fotosunu yayıb. Alimlər bu dumanlığı “Pişik pəncəsi” adlandırıblar.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, foto “Spitser” kosmik teleskopunun köməyilə çəkilib. Kosmik obyekt Yer planetindən 4200-5500 işıq ili məsafəsində yerləşir. Dumanlıqdakı isti qaz topaları pişik pəncəsinə oxşadığı üçün alimlər ona müvafiq adı veriblər. NGC 6334 dumanlığındakı qaz və toz ulduz yaratmaq üçün dağılanda parlaq səma cisimləri əhatə olunduqları həmin qazları təzyiq altında qızdırmaqla məkanda genişlənməyə və topalar formalaşdırmağa sövq edə bilir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib