×
A
A
A
Sazlamalar

Paytaxtın Nəsimi rayonunda qəzalı vəziyyətə düşmüş ağaclara aqrotexniki qulluq göstərilib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin əraziyə baxış keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü aşkarlanıb.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır. Nazirliyin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.

Ekologiya 2018-10-18 15:03:00