Fərhad Rəcəbli usta cüdoçular arasında səkkizinci dəfə dünya çempionu olub
Bakı, 18 oktyabr, AZƏRTAC
Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.
Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı səkkizinci çempionluqdur.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir